AZ

İlon Mask yeni siyasi partiya yaratdı -“The America Party”

Məşhur milyarder İlon Mask özünün “Amerika Partiyası” (“The America Party”) adlı yeni siyasi partiyasını təsis etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu addımı o, ABŞ prezidenti Donald Trampla sosial şəbəkədəki mübahisədən sonra atıb.

“İkiyə bir nisbətdə siz yeni siyasi partiya istəyirsiniz və onu alacaqsınız! Ölkəmizin israfçılıq və rüşvətxorluq səbəbindən iflas etməsi məsələsində biz demokratiyada yox, birpartiyalı sistemdə yaşayırıq. Bu gün ‘The America Party’ yaradıldı ki, sizə azadlığınızı geri qaytarsın.” - , deyə Mask sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Quantus Insights şirkətinin keçirdiyi sorğuya əsasən, amerikalıların təxminən 40 faizi Maskın yaratmaq istədiyi partiyanı dəstəkləyir və ya ona səs verərdi.

 

Seçilən
11
14
musavat.com

10Mənbələr