AZ

Maskın bu təhdidi respublikaçıları qorxuya salıb

ABŞ-da Respublikaçılar Partiyasının üzvləri İlon Maskın 2026-cı ildə Konqresə keçiriləcək aralıq seçkilərində onların mövqelərini zəiflədə biləcəyindən ehtiyat edirlər.

Musavat.com xəbər verir ki, məlumatı “The Hill” qəzeti yayıb.

Son həftələrdə Mask borc tavanının 5 trilyon dollar artırılmasını nəzərdə tutan dövlət xərclərinə dair qanun layihəsini dəstəkləyən respublikaçıları sərt şəkildə tənqid edib. ABŞ-ın dövlət borcu hazırda 36 trilyon dolları ötür. O, Konqresə aralıq seçkilərdə sənədi dəstəkləyən respublikaçı qanunvericilərin rəqiblərinə kömək edəcəyini bildirib. Mask səylərini partiyadaxili praymerizlərə yönəltmək niyyətində olduğunu bildirib.

Respublikaçılar bu bəyanatları qeyri-konstruktiv hesab edirlər. Qəzet yazır ki, "bəzilərinin dediyinə görə, bu təhdidlər reallaşarsa, bu, tarixdə hakim partiya üçün ən pis şərtlərin olduğu şəraitdə resursların bölünməsinə gətirib çıxara bilər”.

Senat seçkiləri üzrə ixtisaslaşmış respublikaçı siyasi məsləhətçinin fikrincə, “partiyadaxili mübarizəyə külli miqdarda vəsait xərcləmək” aralıq seçkiləri dövrü üçün ən dağıdıcı davranış modellərindən biri olmaqla demək olar ki, həmişə uğursuzluqla nəticələnir.

Musavat.com

Seçilən
21
6
musavat.com

10Mənbələr