AZ

Regionlarda velosiped idmanının inkişafını hədəfləyən layihə hazırlanıb - FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində velosiped idmanının regionlarda inkişafını hədəfləyən mühüm layihəyə start verilir.

Avtosfer.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək pilot layihə ilkin mərhələdə ölkənin səkkiz rayonunu əhatə edəcək. 2025-ci ilin sentyabr ayından etibarən Qəbələ, Quba, Ağdaş, Ağstafa, Goranboy, Tovuz, Göygöl və Gədəbəy rayonlarında Elm və Təhsil Nazirliyinin balansında olan idman məktəblərində velosiped bölmələri yaradılacaq.

Layihənin təqdimatı məqsədilə Respublika Velotrekində təşkil olunan görüşdə AzVİF-in Birinci vitse-prezidenti Sahib Ələkbərov deyib ki, təşəbbüs rayonlarda uşaqlar və yeniyetmələr üçün peşəkar velosiped məşqlərinin təşkili, perspektivli idmançıların erkən yaşlardan müəyyənləşdirilməsi və onların potensialının düzgün istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bölmələr müasir avadanlıqlarla və velosipedlərlə təmin ediləcək, orada çalışacaq məşqçilər üçün avqustda Bakıda xüsusi təlimlər təşkil olunacaq.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova və sektorun aparıcı mütəxəssisi Lalə Zeynalova layihənin əsas məqsədləri və gözləntiləri bildiriblər ki, təşəbbüs məktəblilərin fiziki və mənəvi inkişafına xidmət edəcək, onları daha aktiv və sağlam həyata istiqamətləndirəcək.

Görüşdə o da vurğulanıb ki, gələcəkdə layihənin miqyasının daha da genişləndirilməsi və digər bölgələri də əhatə etməsi nəzərdə tutulur. Bu yanaşma ölkədə velosiped idmanının dayanıqlı inkişafı baxımından vacib addımdır.

FOTO QALEREYA
Seçilən
30
50
avtosfer.az

10Mənbələr