AZ

Məşhur milyarder Türkiyəyə uçmaq istəyərkən SAXLANILDI

Rusiyanın paytaxtı Moskvada milyarder Konstantin Strukov məhkəmənin qadağasına baxmayaraq, özəl təyyarəsi ilə Türkiyəyə uçmağa cəhd edərkən saxlanılıb.

Musavat.com "SHOT"-a istinadən xəbər verir ki, Çelyabinskdən olan “Yuquralzoloto” şirkətinin rəhbəri və deputat jet "Bombardier" ilə Rusiyanı tərk etmək istəyib, lakin onun qalxışına icazə verilməyib.

Daha əvvəl məhkəmə Strukova və onun ailəsinə Baş Prokurorluğun iddiası əsasında Rusiyanı tərk etməyə qadağa qoyub. Prokurorluq onun qızıl və kömür istehsalı ilə məşğul olan şirkətlərə, o cümlədən “Yuquralzoloto” ASC-yə qanunsuz nəzarəti yaxınları və saxta şəxslər vasitəsilə əldə etdiyini iddia edir. Məhkəmə ondan aktivlərinin müsadirəsini tələb edir. Strukov isə əvvəllər hökumətdən gizlənmə niyyətində olmadığını bəyan etmişdi.

Musavat.com

Seçilən
20
42
musavat.com

10Mənbələr