AZ

Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc xəstəxanada ölüb - YENİLƏNİB

Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc oğlan xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib.

Bu haqda APA-nın yerli bürosu məlumat yayıb.

***

22:42

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Gəncə sakini, 2004-cü il təvəllüdlü İ. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Onun hansı şəraitə bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
24
50
apa.az

10Mənbələr