AZ

2026-cı ildə sizi xəstəxanda robot tibb bacısı qarşılaya bilər

"Kavasaki" və "Foxconn" şirkətləri səhiyyə sektorundakı tibb bacısı çatışmazlığına həll yolu kimi "Nurabot" adlı robot tibb bacısı köməkçisi hazırlayır. 2026-cı ildə onun xəstəxanalarda xidmətə başlaması gözlənilir.

Valyuta.az xəbər verir ki, Yaponiyanın "Kawasaki Heavy Industries" və Tayvanın texnoloji nəhəngi "Foxconn" şirkətləri səhiyyə işçilərinin yükünü azaltmaq məqsədilə birlikdə hazırladıqları yeni robot tibb bacısı köməkçisini təqdim etdilər. "Nurabot" adlanan bu robotun 2026-cı ildə bazara çıxarılması planlaşdırılır.

Əsasını Kavasakinin əvvəllər hazırladığı "Nyokkey" sosial robot modelindən götürən Nurabot, xəstəxanalarda tibb bacılarının vəzifələrini dəstəkləmək üçün dizayn edilib. Təəssüf ki, şirkət Nurabotun yalnız kiçik bir şəklini paylaşıb; lakin Nyokkeyin daha ətraflı görüntülərinə baxmaq mümkündür.

Nurabot nələr edə bilər?

* Nurabot öz-özünə hərəkət edə bilən quruluşa malikdir.
* İki qolu sayəsində əşyaları daşıya bilir, həmçinin içərisində baqaj bölməsi də var.
* Dizaynı qan nümunələri və dərman kimi materialların şöbələr arasında daşınması, xəstələrə yol göstərilməsi və hətta sanitariya-gigiyena qaydaları barədə məlumat verilməsi kimi funksiyaları dəstəkləyir.

Testlər Tayvanda keçirildi

* Foxconn bu layihədə proqram təminatı inkişaf etdirmə sahəsindəki mütəxəssisliyi ilə töhfə verib.
* Robotun test prosesi Tayvandakı Taichung Veteranlar Ümumi Xəstəxanasında (Taichung Gaziler Genel Hastanesi) həyata keçirilib.
* Bu addım robotun real xəstə mühitində necə işlədiyinin müşahidə edilməsinə imkan yaradıb.

Tibb bacısı çatışmazlığına robotla həll

* Tayvan səhiyyə sektorunda ciddi tibb bacısı çatışmazlığı ilə üzləşib.
* "Kavasaki" və "Foxconn" bu çatışmazlığın robot dəstəyi ilə yüngülləşdirilə biləcəyini və səhiyyə xidmətlərinin fasiləsiz davam etdirilə biləcəyini düşünür.
* Bu vəziyyət həm Tayvan, həm də oxşar problemlərlə üzləşən bir çox ölkə üçün ümidverici bir inkişafdır.

Kavasakidən başqa bir tibbi robot: MC006V

* Kavasaki həftənin əvvəlində dərman istehsal sahələrində istifadə üçün nəzərdə tutulmuş "MC006V" adlı başqa bir robotu da təqdim edib.
* Bu robot dərman istehsal müəssisələrində istifadə olunan kimyəvi maddələrə davamlı olacaq şəkildə hazırlanıb.
* 6 ox üzrə hərəkət edə bilən MC006V, 610 mm məsafəyə qədər çata bilir və 6 kq-a qədər yük daşıya bilir.

Paşa Məmmədli

Seçilən
43
33
valyuta.az

10Mənbələr