"Sabah" klubunun və Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov ölkəsinin mətbuatına danışıb.
Fanat.Az xəbər verir ki, ötən ilin qışında "Sabah"a keçən, bu yay müqaviləsinin müdsətini artıran təcrübəli qolkiper "Borod Abata"-ya müsahibəsində Qazaxıstan və Azərbaycan futbolunu da müqayisə edib.
– “Sabah”a keçmək variantının ilk yarandığı anı xatırlayırsınız?
– Səhv etmirəmsə, dekabrın sonu idi. Ukraynadan bir agent mənimlə əlaqə saxladı və dedi ki, səninlə “Sabah” maraqlanır. “Yaxşı, baxarıq” dedim. O vaxt mən Qazaxıstandan kənardan gələn təklifləri nəzərdən keçirməkdə maraqlı idim. Lakin sonra yoxa çıxdılar.
Yalnız yanvarın əvvəlində “Sabah”ın direktoru mənimlə əlaqə saxladı və onunla bütün detalları müzakirə etdik.
- Həmin vaxt siz toplanışda iştirak etmirdiniz, Uralskda fərdi qaydada məşq edirdiniz. Əvvəlcə “Sabah”la müqavilə bağladınız, bir oyun ehtiyatda qaldıqdan sonra isə əsas qapıçı oldunuz.
- Bəli, belə oldu. Vəziyyətə uyğun hərəkət etməli idim. “Sabah”a qoşulduqdan sonra iki həftə dalbadal gündə iki dəfə məşq etdim.
– Azərbaycan və Qazaxıstanda məşqlərin intensivliyini müqayisə etmək olarmı?
- Çox fərq görmürəm. Məncə, hər şey hazırlıq prosesinə fərdi yanaşmadan asılıdır.
– Eşitdiyimizə görə, oradakı futbol şəraiti Qazaxıstandan qat-qat yaxşıdır.
- Mən ancaq "Sabah"la bağlı danışa bilərəm. Klubun həqiqətən yaxşı bazası var. Oynadığım bütün komandalardan “Kayrat” şərtlərə görə birinci yerdədir. “Sabah” ikinci yerdədir. Qazaxıstan standartlarına görə əla səviyyəli klubdur.