AZ

Bakıda üç binanın sakinləri narazıdır, kömək istəyirlər - FOTOLAR

BAKI, 4 iyul. TELEQRAF

Bakının Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 26 ünvanında yerləşən 3 beşmərtəbəli binada yaşayanlar yaxınlıqda yerləşən "Xalqlar Dostluğu" ticarət mərkəzinin satıcı və müştərilərindən şikayətçidir.

Sakinlər Teleqraf-a bildirib ki, ticarət mərkəzinə gələnlər həytyanı sahədə olan uşaqların oyun meydançasını zəbt edirlər.

Bundan başqa, 1969-cu ildə tikilən binaların söhbətgahları, uşaq atraksionları qəzalı vəziyyətdədir, ərazidəki ağaclar quruyub.

Sakinlərlə həyətdə avtomobil saxlayan kənar sürücülər arasında dəfələrlə davalar olub. Ona görə də adıçəkilən ünvanda yaşayanlar ərazidə ağac əkərək süni maneə yaradıblar və meydançaya girişi bağlayıblar.

Məsəl ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, rayon ərazisində tərtib olunmuş tədbirlər planına əsasən abadlıq-quruluculuq işləri aparılır.

Qeyd edilib ki, sakinlər tərəfindən yaşadıqları ərazilərin abadlaşdırılması ilə bağlı müraciətlərin sayının çoxluğundan rayon ərazisində məhəllələrlə abadlaşdırma işləri həyata keçirilir.

"Bəhruz Nuriyev küçəsi 26 saylı ünvanının abadlaşdırılması ilə bağlı bildiririk ki, növbəli şəkildə həmin ərazinin abadlaşdırılmasının həyata keçirilməsi planlaşdırılır və görüləcək işlər çərçivəsində sakinləri narahat edən digər məsələlər öz həllini tapacaq", - qurumdan deyilib

Bundan başqa Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Toğrul Nəsirli bildirib ki, sabahdan ərazidə qanunamüvafiq tədbirlər görüləcək.

Seçilən
37
41
teleqraf.com

6Mənbələr