“Betis” yeni transfer gerçəkləşdirib.
Msport.az xəbər verir ki, “Atletiko”nun futbolçusu Rodriqo Rikelme heyətə cəlb edilib.
25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Rikelme əsas komandada 75 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə verib. O, “Jirona”, “Mirandes” və “Bornmut”da da oynayıb.