AZ

Kir Starmerin mövqeyi zəifləyib VİDEO

ain.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Kim Starmerin təmsilçisi olduğu Leyboristlər partiyasının iki yüksək vəzifəli üzvünə istinad edən “Sky News” telekanalı belə məlumat yayıb. “Leyboristlər partiyasının bəzi hissələrində narazılıq və ümidsizlik o qədər yüksəkdir ki, elə indi, birinci ildönümündə hökumət nazirləri Starmerin bir neçə aydan sonra vəzifədən getməli ola biləcəyini söyləyirlər”, - telekanalın siyasi redaktorunun müavini Sem Kouts vurğulayıb. Bu həftə “Financial Times” nəşri Starmer hökumətinin planlaşdırdığı sosial xərclərin azaldılması nəticəsində 2030-cu ilə qədər təxminən 150 min britaniyalının yoxsulluğa sürüklənəcəyini yazıb. Halbuki, bundan əvvəl leyborist deputatlar arasında narazılığı azaltmaq üçün Kim Starmer ixtisarlar paketinin əsas elementlərini ləğv edib. Bir müddət əvvəl isə Böyük Britaniyanın Səhiyyə nazirinin müavini irqçi ifadələrə görə vəzifəsindən uzaqlaşdırılıb. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
azvision.az

1Mənbələr