AZ

YAP Nəsimi rayon təşkilatının 32-ci ildönümü qeyd olundu - Fotolar

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının yaranmasının 32-ci ildönümü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski və Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov Ümummilli Lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsindən, partiyanın keçdiyi çətin və şərəfli mübarizə yolundan bəhs ediblər.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib.

Sonra partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri, bir qrup partiya fəalına fəxri fərman, təşəkkürnamə təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Tədbir bədii hissə ilə davam edib.








Seçilən
21
qafqazinfo.az

1Mənbələr