AZ

Fatih Terimin yerinə onu gətirdilər - FOTO

Türkiyəli baş məşqçi Fatih Terim Səudiyyə Ərəbistanın "Əl-Şəbab" klubundan ayrılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komanda artıq mütəxəssisin yerinə məşqçi tapıb.

54 yaşlı İmanol Alquasili 2 illik müqavilə ilə komandanın sükanı arxasına keçib.

O məşqçi kimi son iş yeri İspaniyanın "Real Sosyedad" klubu olub. (2018-2024/25)

Xatırladaq ki, "Əl-Şəbab" ölkə çempionatının son mövsümündə 6-cı pillədə qərarlaşmışdı.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
11
50
milli.az

10Mənbələr