AZ

Məktəbin direktor müavininə şərti cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Zaman Cavadovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

Qeyd: Rəsmi məlumata görə, Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

 

Araşdırma zamanı həmin məktəbdə 8 oktyabr 2018-ci ildən 10 mart 2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.

 

Daha sonra Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini saxlanılıb. O, məktəbin direktorunun səlahiyyətlərinin icrasının həvalə edildiyi dövrlərdə ümumilik Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Kamal Məmmədov

Tarix: 4 İyul 2025, 09:11   
Seçilən
5
1
pravda.az

2Mənbələr