AZ

Mingəçevirdə arvadını xüsusi amansızlıqla öldürən şəxsə nə qədər cəza verilib?

Şəki Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elçin Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 21 iyun 2024-cü il tarixdə, saat 10 radələrində Mingəçevir şəhərində qeydə alınıb.

 

Belə ki, Elçin Əliyev 2023-cü ilin dekabr ayında boşanma ərəfəsində olduğu arvadı Aygün Əliyevanı qısqanclıq zəminində qətlə yetirib. O, arvadına qadının anasının gözləri qarşısında 6 bıçaq zərbəsi endirib.

 

Daha sonra Elçin Əliyev könüllü olaraq polisə təslim olub.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti vermişdi.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 4 İyul 2025, 08:57   
Seçilən
5
pravda.az

1Mənbələr