AZ

Sevgilisini öldürmək istəyən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Sakit Muxtarovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

 

Qeyd: 2023-cü il avqustun 24-də 2003-cü il təvəllüdlü Zalikə Bəşirovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırmalarla 1996-cı il təvəllüdlü Sakit Muxtarovun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən “Çoban Bulaq” İstirahət Mərkəzində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Zalikə Bəşirovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Fakta görə Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Sakit Muxtarov prokurroluğun qərarı əsasında şübhəli şəxs qismində tutularaq.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Məhkəmə 14 yaşılı qıza qarşı əxlaqsızlıq edən şəxslə bağlı qərar çıxardı

 

Sumqayıt Apellyasiya Məhkəməsində on dörd yaşına çatmayan şəxsə seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Əsgər Babayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, 1985-ci il təvəllüdlü Əsgər Babayev 23 fevral 2024-cü il tarixdə saat 14:50 radələrində 2010-cu il təvəllüdlü, zərərçəkmiş S.M-i (adı, soyadı şərtidir) idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobilə əyləşdirib Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi” yaşayış kompleksinin yaxınlığındakı neft kəmərinin yanına aparıb. O, avtomobilin salonunda zərərçəkmiş şəxsi öpüb, cinsi ehtirasının təmin edilməsi məqsədilə bədəninin digər nahiyələrinə toxunub, sonra ona qarşı seksual xarakterli hərəkətlər edib.

 

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Əsgər Babayev 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 4 İyul 2025, 08:41   
Seçilən
3
1
pravda.az

2Mənbələr