AZ

Putin və Trampın danışığından sonra Rusiya Kiyevə raket zərbələrini artırıb

İyulun 4-ü səhər saatlarında Rusiya ordusu Kiyev və ətraf ərazilərə azı 10 raket atıb.

Zərbələrdən biri “Juliani” hava limanı ərazisinə düşüb. Şəhərdə ardıcıl partlayış səsləri eşidilib, hava həyəcanı elan olunub.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya eyni zamanda ölkənin bir neçə vilayətinə onlarla zərbə endirən dron göndərib.

Kiyev, Sumı və Dnepr də daxil olmaqla 9 bölgədə PUA-lar qeydə alınıb. Bəzi dronlar vurulub, mülki əhali arasında xəsarət alanlar var.

Poltava vilayətində dron qalıqlarının fərdi ev sahəsinə düşməsi nəticəsində bir nəfər xəsarət alıb, minik avtomobili yararsız hala düşüb.

Hücumlar ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından qısa müddət sonra baş verib.

Kreml bildirib ki, Putin Rusiyanın “münaqişənin əsas səbəblərini aradan qaldırmaq” niyyətindən dönməyəcəyini vurğulayıb.

Tramp isə döyüşlərin dərhal dayandırılmasına çağırıb.

N.Təbrizli

Seçilən
23
21
anews.az

10Mənbələr