AZ

Almaniyada sürət qatarında suriyalı qaçqının hücumu nəticəsində 4 sərnişin yüngül yaralanıb

Bakı. Trend:

Bavariya əyalətində sürət qatarında Avstriyada yaşayan 20 yaşlısuriyalı qaçqının hücumu nəticəsində 4 sərnişin yüngül xəsarətalıb.

Trend xəbər verirki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Hadisə iyulun 3-də cümə axşamı günü baş verib. Daxili işlərnaziri Yoahim Herrmann bildirib ki, Vyana yaxınlığında yaşayan 20yaşlı suriyalı qaçqın Mohammed A. qatar sərnişinlərinə çəkicləhücum edib. Hücum zamanı o, həmçinin baltadan istifadə etməyəçalışsa da, sərnişinlərə yalnız çəkiclə zərbələr endirib.

Hücum nəticəsində dörd sərnişin yüngül xəsarət alıb, onlardanüçü Suriya vətəndaşıdır. Həmin şəxs isə ağır yaralanıb.

Nazir Yoahim Herrmann vurğulayıb ki, suriyalı əvvəlcə Bavariyapolisinin məlumat bazasında qeydə alınmayıb və digər federalştatlardan da onun haqqında məlumat daxil olmayıb. Hazırda onunekstremist motivləri ilə bağlı heç bir sübut yoxdur.

Seçilən
6
9
az.trend.az

4Mənbələr