AZ

D.TRAMPDAN UKRAYNAYA MESAJ » AzadMedia.az

D.TRAMPDAN


ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı administrasiyasının qərarına ilk dəfə münasibət bildirib.

Çərşənbə axşamı Ayova ştatına yola düşməzdən öncə Andrews Hərbi Hava Bazasında jurnalistlərə açıqlama verən Tramp deyib:
“Ukraynaya onsuz da yetərincə silah verdik. Onlarla işləyirik, kömək etməyə çalışırıq. Amma Bayden ölkənin bütün silah anbarını boşaltdı. Biz də indi əmin olmalıyıq ki, özümüz üçün yetərincə silahımız var.”

Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını təsdiqləyib. Onun sözlərinə görə, danışıqda İran və Ukrayna müharibəsi müzakirə olunub. Lakin gözlənildiyi kimi, münaqişənin dayandırılması ilə bağlı irəliləyiş əldə olunmayıb:
“Bu məni məyus etdi. Heç bir irəliləyiş olmadı.”

Tramp, eyni zamanda, Konqresdə Respublikaçıların onun təşəbbüsü ilə qəbul etdiyi böyük vergi islahatını alqışlayaraq bildirib:
“Bu ‘Bir Böyük və Gözəl Qanun’dur. Bu qanun ölkəmizi raket kimi havaya qaldıracaq.”

Xatırladaq ki, Tramp administrasiyası son günlər Ukraynaya silah tədarükünü dondurmaq qərarı ilə beynəlxalq təzyiqlərlə üzləşib.

Seçilən
3
41
azadmedia.az

10Mənbələr