AZ

UFC döyüşü Ağ Evdə keçiriləcək - Donald Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşününkeçiriləcəyini açıqlayıb.

Trend-inməlumatına görə, Tramp bu barədə Ayova ştatında MüstəqillikBəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə həsr olunmuştədbirdə çıxışı zamanı bildirib.

ABŞ lideri UFC Prezidenti Dana Uaytın adını çəkərək deyib: "BizUFC döyüşünü Ağ Evin ərazisində keçirəcəyik. Orada yerimizçoxdur."

Onun sözlərinə görə, tədbir çempion adı uğrunda olacaq və 20-25min tamaşaçının iştirakı nəzərdə tutulur. Lakin Tramp nə döyüşüntarixini, nə də iştirak edəcək idmançıların adlarını açıqlayıb.

Ağ Evin mətbuat katibi Karolayn Lyuitt isə prezidentin buməsələdə “ciddi olduğunu” bildirib.

Qeyd edək ki, UFC tarixində bu cür tədbirin ABŞ prezidentininiqamətgahında keçirilməsi ilk dəfə ola bilər.

Seçilən
48
11
az.trend.az

10Mənbələr