Quentin Tarantino filmlərində canlandırdığı qəddar rollarla tanınan amerikalı aktyor Maykl Madsen bu gün səhər saatlarında vəfat edib. Aktyor 67 yaşında idi.
Hollywood Reporter nəşrinin məlumatına görə, polis Madseni Malibudakı evində huşsuz vəziyyətdə aşkar edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun həyatını xilas edə bilməyib.
Maykl Madsen “Reservoir Dogs”, “Kill Bill”, “The Hateful Eight” kimi filmlərdəki xarizmatik və qəddar obrazları ilə tamaşaçıların yaddaşında qalıb.
Hazırda aktyorun ölüm səbəbi ilə bağlı araşdırma aparılır.
//Samir Qurbanov, Editor.az