Bakı. Trend:
Finlandiyanın Tampere şəhərində yerləşən “Ratina” ticarətmərkəzinin yaxınlığında baş verən bıçaqlı hücum nəticəsində 4 nəfərxəsarət alıb.
Trend xəbər verirki, bu barədə Finlandiya polisi rəsmi açıqlama yayıb.
Hücum edən, təxminən 20 yaşlarında olan şəxs hadisə yerindəpolis tərəfindən saxlanılıb. Zərərçəkənlərin vəziyyəti barədəhələlik ətraflı məlumat verilməyib.
Hadisə ticarət mərkəzində və ətraf ərazidə təşvişə səbəb olub.Polis dərhal əraziyə gələrək ticarət mərkəzini və ona bitişikmeydanı mühasirəyə alıb. Günün ikinci yarısında təhlükəsizlikkordonu aradan qaldırılıb.
Hücumun səbəbləri və motivləri hələ də məlum deyil. Polisinsidentlə bağlı araşdırmalarını davam etdirir, şahid ifadələritoplanır və hadisənin arxasında duran mümkün məqsədlərmüəyyənləşdirilməyə çalışılır.