AZ

Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində partlayışlar baş verib

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində hava hücumu həyəcanı zamanı partlayış səsləri eşidilib...

Poliqon xəbər verir ki, bu barədə Ukraynanın “Obşçestvennoye” nəşri məlumat yayıb.

"Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində partlayış səsləri eşidilib", nəşr yazıb.

Hazırda Dnepropetrovsk, Jitomir, Vinnitsa, Çerkassı, Kirovoqrad, Xarkov, Poltava, Sumı, Çerniqov, Kiyev vilayətlərində, eləcə də Kiyevhava hücumu həyəcanı elan edilib.

Bundan əvvəl Ukraynanın paytaxtında partlayışlardan sonra böyük yanğın baş vermişdi. Yerli kanalların məlumatına görə, Julyanı hava limanı kütləvi hücuma məruz qalıb.

Poliqon.info 

Seçilən
47
poliqon.info

1Mənbələr