AZ

Premyer Liqa klubundan isveçli futbolçuya yeni təklif

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

“Nyukasl” Antoni Elanqanın transferi ilə bağlı yeni təklif irəli sürüb.

Sportal.az xəbər verir ki, İngiltərə klubu 23 yaşlı cinah oyunçusu üçün 55 milyon funt-sterlinq ödəməyə hazırdır.

Əvvəllər “Nyukasl” Elanqa üçün 45 milyon funt təklif etmişdi, lakin “Nottingem Forest” bu təklifi rədd etmişdi, çünki futbolçunu satmaq istəmir. Tərəflər danışıqları davam etdirirlər.

Qeyd edək ki, ötən mövsüm Antoni Elanqa Premyer Liqada keçirdiyi 38 oyunda 6 qol vurub və 11 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
sportal.az

2Mənbələr