İngiltərənin "Liverpul" klubu futbolçusu Diogu Jotanın faciəli şəkildə vəfat etməsi ilə bağlı 20 nömrəli formanı dövriyyədən çıxardığını elan edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klubun bəyanatında qeyd olunub:
"20 nömrəli forma Diogu Jotanın 2024/2025 mövsümündə klubun 20-ci çempionluğunun qazanılmasında göstərdiyi xidmətlərə görə haqlı olaraq əbədiləşdiriləcək. Onun 'Kop' tribunası önündəki fəndi və qələbə topu ilə yadda qalan çıxışı aprel ayındakı Merseysayd derbisində qələbəni təmin etdi. Bu qol həm də onun həyatında vurduğu son qol oldu."
Portuqaliyalı hücumçu Diogu Jota Premyer Liqanın 30-cu turunda "Everton"a qarşı keçirilən görüşdə (1:0) komandasına qələbə qazandıran yeganə qolu vurmuşdu. Həmin görüş onun karyerasında və həyatında sonuncu oyun olub.
Jota İspaniyada baş vermiş avtomobil qəzasında həlak olub.