AZ

Gədəbəydə 53 yaşlı kişi döyüldü

GƏDƏBƏY, 3 iyul. TELEQRAF

Gədəbəydə 53 yaşlı kişi döyülüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1972-ci il təvəllüdlü Eldar Qasımov müxtəlif bədən xəsarətləri ilə öncə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində tibb müəssisələrindən birinə yerləşdirilib.

E.Qasımova tibbi yardım göstərilib, vəziyyəti kafidir. O, ilkin ifadəsində tanımadığı şəxs tərəfindən döyüldüyünü deyib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
27
3
teleqraf.com

2Mənbələr