AZ

Milan italiyalı futbolçunu transfer etdi RƏSMİ

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Torino"nun futbolçusu Samuele Riççi “Milan”a transfer olunub.

Sportal.az xəbər verir ki, “rossoneri” 23 yaşlı dayaq yarımmüdafiəçisinin transferini rəsmən elan edib. İtaliyalı futbolçu “Milan”la 30 iyun 2029-cu il tarixinə qədər müqavilə imzalayıb. Müqavilənin bir mövsüm də uzadılması imkanı var.

Əvvəlki məlumatlara görə, klub transfer üçün 23 milyon avro və əlavə olaraq 1,5 milyon avro bonus ödəyib.

Qeyd edək ki, ötən mövsüm Samuele Riççi A Seriyasında 34 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
6
sportal.az

10Mənbələr