"Sabah" klubunun Avstriyadakı təlim-məşq toplanışı davam edir.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" Macarıstanın “Pakş” komandası ilə qarşılaşıb və oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.
"Sabah"ın heyətində qolları Abdulla Xaybulayev və Neqoş Kupusoviç (dubl) fərqləniblər.
Qeyd edək ki, "Sabah" 4 gün əvvəl ilk yoxlama matçında "Rapid"lə (Rumıniya) 2:2 hesablı heç-heçə edib.