AZ

İzmirdə meşə işçisi yanğında həlak olub

Türkiyəli nazir Yumaklı İzmir Ödəmişdə yanğında "yaşıl vətən"i qorumaq üçün mübarizə aparan meşə işçisi İbrahim Dəmirin şəhid olduğunu açıqlayıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Türkiyə Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı üzücü xəbəri sosial şəbəkədə açıqlayıb.

Nazir Yumaklı İzmir Ödəmişdə yanğında yaşıl vətəni qorumaq üçün mübarizə aparan meşə işçisi İbrahim Demirin şəhid olduğunu açıqlayıb.

“Həyatı bahasına Yaşıl Vətəni qoruyan qardaşımıza Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm.

Meşə ictimaiyyətimizə və millətimizə başsağlığı verirəm. Eyni yanğın yerində yaralanan sürücü qardaşımız Raqıp Şahinə də tezliklə şəfa diləyirəm”, - nazir yazıb.

QAZİLER.AZ

Seçilən
25
20
qaziler.az

10Mənbələr