“İnter”in qapıçısı Yann Zommer karyerasını Türkiyənin “Qalatasaray” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi isveçrəli qolkiperin transferində maraqlıdır və artıq oyunçunun agenti ilə əlaqə saxlayıb.
“İnter” rəhbərliyi 36 yaşlı qapıçını cari transfer dönəmində heyətində saxlamaq niyyətindədir.
Zommerin Milan klubu ilə olan müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. İsveçrəli qolkiper “İnter”in heyətində indiyədək 96 oyuna çıxıb, 78 qol buraxıb və 47 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. “Transfermarkt” onun bazar dəyərini 4 milyon avro olaraq göstərir.