Bakı. Trend:
Amerikalı tanınmış kinoaktyor Maykl Madsen 68 yaşında vəfatedib.
Trend xəbər verirki, bu barədə NBC News aktyorun menecerinə istinadən məlumatyayıb.
Menecerin sözlərinə görə, aktyor iyulun 3-də səhər saatlarındaürəktutmasından dünyasını dəyişib.
Maykl Madsen daha çox məşhur amerikalı rejissor KventinTarantino ilə əməkdaşlığı ilə tanınır. Onun kino karyerası 40 ildənartıq davam edib.
Madsen “Reservoir Dogs” (1991), “Kill Bill” duologiyası və digəronlarla məşhur filmdə rol alıb.