İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, 59 kq çəki dərəcəsində çıxış edən Günay Qurbanova final görüşünə çıxıb. Bu il reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olan istedadlı güləşçimiz finalda türkiyəli Sevim Akbaş ilə qarşılaşıb.

İdmançımız rəqibinə 9:1 hesabı ilə qalib gələrək U-20 Avropa çempionu olub.