Demokrat.az xəbər verir ki, müraciətdə deyilir:
"Sinoptiklərin məlumatına əsasən hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 6-dək davam edəcəyi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Nəqliyyat vasitələri aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməli, yağışlı havada daha çox ara məsafəsi saxlanılmalıdır.
10Mənbələr
-
olaylar.azDYP radarlarla bağlı müraciət yaydı ( 19033717)
-
news24.azDYP radarlarla bağlı müraciət yaydı ( 19026145)
-
sherg.azDYP radarlarla bağlı müraciət yayıb ( 19030288)
-
axar.azDYP radarlarla bağlı müraciət yaydı ( 19029754)
-
ekologiya.azDYP-dən radarlarla bağlı vacib AÇIQLAMA ( 19029076)
-
hakimiyyet.azDYP-dən radarlarla bağlı vacib AÇIQLAMA ( 19025323)
-
paralel.azDYP-dən radarlarla bağlı vacib AÇIQLAMA ( 19025311)
-
olke.azDYP-dən radarlarla bağlı vacib AÇIQLAMA ( 19024444)
-
news365.azDYP radarlarla bağlı müraciət yaydı ( 19024003)
-
demokrat.azDYP radarlarla bağlı müraciət yaydı ( 19023886)