“Araz-Naxçıvan”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Aris”lə keçirəcəyi oyunların hakimləri məlum olub.

Offsideplus.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

İyulun 24-də (saat 20:00) Bakıda oynanılacaq ilk matç Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Andrey Kivulete yan xətt hakimləri qismində Mirça Mihail Qriqoriu və Andrey Qabriel Konstantinesku kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Radu Petresku yerinə yetirəcək.

İyulun 31-də Yunanıstanda (Bakı vaxtı ilə saat 22:15) keçiriləcək cavab görüşünün baş hakimi isə şotlandiyalı David Dikinson olacaq. Ona yan xətt hakimləri kimi Fransis Konnorla Conatan Bell köməklik göstərəcəklər. Rayan Li isə dördüncü hakim olacaq.