AZ

İyun ayında 17 aptekdə yoxlama aparılıb

Bakı, 3 iyul, AZƏRTAC

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, iyun ayı ərzində Bakı şəhəri üzrə 12, respublikanın digər şəhər və rayonlarında isə 5 aptek olmaqla, ümumilikdə 17 aptekdə yoxlama həyata keçirilib.

Yoxlamalar nəticəsində apteklərdə hər hansı nöqsan qeydə alınmayıb.

Seçilən
84
22
azertag.az

10Mənbələr