Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Məşq zamanı müəllimim həmin videonu mənə göstərdi. Dedi ki, verdiyin sözə əməl edə biləcəksən? Söylədim ki, sözümün üstündə duracağam".
Bu sözləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kadetlər arasında cüdo üzrə Avropa çempionatının qalibi, qələbəsindən sonra illər əvvəl "Söz verirəm ki, Avropa çempionu olacağam!" dediyi videosu ilə gündəm olan Rəsul Əlizadə Baku TV-yə açıqlamasında söyləyib.
"Bəzi məqamlarda düşünürdüm ki, məğlub da ola bilərəm. Həmin video, müəllimlərin əziyyəti gözümün qabağından keçdi və dedim ki, nə olursa-olsun, bu gün çempion olacağam", - deyə o, sözlərinə əlavə edib.
Ətraflı süjetdə:
Avropa çempionu Rəsul Əlizadə: "Bəzi məqamlarda düşünürdüm ki, məğlub da ola bilərəm"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.