AZ

Erməni şərhçi “Sputnik”i ələ saldı: Bunların “məntiq”inə baxın, guya Azərbaycan...

BAKI, 3 iyul. TELEQRAF

Ermənistanın televiziya şərhçisi Petros Qazaryan Rusiyanın “Sputnik” agentliyinin Azərbaycanla İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı proqnozlarına kinayəli münasibət bildirib.

Teleqraf xəbər verir ki, o, bu proqnozların məntiqsizlik olduğunu qeyd edib.

Petros Qazaryan sosial media hesabında yazıb:

“(Ermənistan) Daxili məntiqlə bağlı bir neçə proqnoz oxudum”.

Həmin proqnozlardan birinə görə. Ermənistanla Azərbaycan sülh müqaviləsi bağlasa və Türkiyə sərhədləri açsa, qiyamət qopacaq, bu zaman Ermənistan Rusiyadan bazanın çıxarılmasını tələb edəcək, bundan sonra 300 min azərbaycanlı Ermənistana gələcək və Türkiyə bizə hücum edəcək.

Bu, “Sputnik”in analitiklərinə görə, Azərbaycan və Türkiyənin “plan”ıdır.

Onların “məntiq”inə görə, guya Türkiyə və Azərbaycan ona görə bizə hücum etmir ki, demək olar, heç bir silahı və qoşunu olmayan baza Ermənistandadır və Rusiya Ukrayna cəbhəsindən qoşunlarını çıxarıb, türkləri əzmək üçün bura gətirəcək. Guya Azərbaycan da nəyin bahasına olur-olsun imzanı gecikdirir ki, baza çıxarılmasın, 300 min azərbaycanlı Azərbaycanda qalsın, hücuma məruz qalmasın.

Yenə həmin proqnozlardan birinə əsasən, (Ermənistanda) yepiskopları da ona görə həbs edirlər ki, Azərbaycanın müqavilə imzalanmasına mane olmasınlar, sülh müqaviləsinin imzalanması da bizə müharibə gətirəcək, imzalamamaq isə bizi xilas edəcək. “Sputnik kimi məntiq”.

Seçilən
2
teleqraf.com

1Mənbələr