“Leypsiq” 21 yaşlı alman sol cinah müdafiəçisi Maks Finkqrefeni “Köln”dən tamhüquqlu əsasda “buğalar”ın düşərgəsinə qatıb.
Arena.az bu barədə “Leypsiq”in mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar. Keçid “Leypsiq”ə 4 milyon avro məbləğ müqabilində başa gəlib.
Maks Finkqrefe “Köln”ün məzunudur. Müdafiəçi, böyük futboala qədər gənclik karyerası ərzində “Fortuna” (Düsseldorf), Dortmund “Borussiya”sı, Mönhenqladbax “Borussiya”sı və “Unterrat” üçün çıxış edib, sonra isə “Köln”lə böyük futbolda debüt edib.
Cari mövsümdə Finkqrefe “Köln” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 16 oyun keçirib.
Finkqrefenin “keçilər” üçün çıxışının ümumi mənzərəsi isə 40 oyun və 1 qoldan ibarətdir.
Maks Finkqrefe Almaniyanın U-20 yığmasına cəlb edilib, “bundestim”in əsas yığmasına isə dəvət almayıb.
Maks Finkqrefenin qənimətlər muzeyində “Köln”lə qazandığı Almaniya İkinci Bundesliqasının çempionluğu (2024/2025) var. Finkqrefe həmçinin “Köln”lə 19 yaşa qədər gənclərdən (U-19) ibarət Almaniyanın Kubokunun (2022/2023) qalibi olub.
“Transfermarkt” internet-portalı 21 yaşlısol cinah müdafiəçisinin transfer dəyərini 4 milyon avor məbləğində qiymətləndirir.
