AZ

BDYPİ-dən əlverişsiz hava şəraiti ilə bağlı MÜRACİƏT

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti iləbağlı hərəkət iştirakçılarına müraciət edib.

Trendhəmin müraciəti təqdim edir:

"Sinoptiklərin məlumatına əsasən hazırda ölkə ərazisində küləkvə yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 6-dəkdavam edəcəyi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədaryollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınmasıüçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkənehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyixahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri vəsürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitindəhərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükünqablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Nəqliyyatvasitələri aşma ehtimalı yüksək olan obyektlərdən kənardasaxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməli,yağışlı havada daha çox ara məsafəsi saxlanılmalıdır.

Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı,yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat vəsağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".

Məqalədə:
Seçilən
15
46
az.trend.az

10Mənbələr