Konstitusiya Məhkəməsinə 4 yeni hakim təyin ediləcək.
Bizim.Media “Modern.az”a istinadən xəbər verir ki, təyin olunacaq hakimlərdən biri - Otari Qvaladze Konstitusiya Məhkəməsinin sabiq hakimi Rafael Qvaladzenin oğludur.
Qeyd edək ki, əslən Gürcüstandan olan hüquqşünas Rafael Qvaladze 1998 ildə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. Azərbaycan Prezidentinin 10 aprel 2025-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib və Konstitusiya Məhkəməsinin hakimi vəzifəsindən təqaüdə yola salınıb.
Onun təqaüdə yola salınmasının səbəbi son yaş həddinə çatması olub.
Rafael Qvaladzenin oğlu Otari Qvaladze hazırda Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində çalışır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta