
İngiltərənin “Mançester Siti” klubu portuqaliyalı qapıçı Dieqo Kostanın transferi ilə bağlı “Porto” ilə fəal danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın BBC telekanalı məlumat yayıb.
Məlumata görə, “Mançester Siti” 25 yaşlı qolkiperin müqaviləsində nəzərdə tutulan məbləği ödəməyə hazırdır. Bu, 75 milyon avrodur.
Digər tərəfdən, Kostanın özünün də transferə yaşıl işıq yandırdığı qeyd edilir. Qapıçının agenti Xorxe Mendes bu müqaviləni bağlamaqda israrlıdır.
Qeyd edək ki, ötən mövsüm portuqaliyalı 43 oyun keçirib, 45 qol buraxıb. Eyni zamanda, Dieqo 19 matçda qapısını toxunulmaz saxlayıb.
Xatırladaq ki, Kostanın “Porto” ilə müqaviləsi 2027-ci ilə qədərdir.