Amerikalı ulduz basketbolçu, dördqat NBA çempionu və “Los-Anceles Leykers” klubunun forvardı LeBron Ceyms, “Liverpul”un hücumçusu Diogu Jotanın faciəvi şəkildə vəfat etməsi ilə bağlı başsağlığı verib.
90deqiqe.Az-ın məlumatına görə, basketbolçu bu barədə “X” (əvvəlki Twitter) sosial şəbəkəsində paylaşım edib:
“Bütün dualarım bu çətin zamanda onun ailəsi və yaxınları üçündür! Uca Tanrı sizi qorusun və yol göstərsin! YNWA, Jota!” — deyə Ceyms yazıb.
Qeyd edək ki, LeBron Ceyms 2011-ci ilin aprel ayında “Liverpul” klubunun 2 faiz səhmini 4,7 milyon funt sterlinqə alaraq rəsmi şəkildə klubun minitaritar səhmdarı olub. 2023-cü ildə isə o, klubun sahibi olan Fenway Sports Group (FSG) şirkətindəki payını artıraraq rəsmi biznes tərəfdaşı statusunu əldə edib və ömürlük əməkdaşlıq müqaviləsi imzalayıb.
LeBronun bu addımı həm idman dünyasında, həm də “Liverpul” azarkeşləri arasında geniş rezonans doğurmuşdu.