AZ

"Kəpəz" "Neftçi"nin yolu ilə getdi - külli miqdarda xərc çəkdilər

"Kəpəz"in yeni rəhbərliyi klubun geyim tərəfdaşını dəyişib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisini bundan sonra "Kappa" geyindirəcək.

Bunadək "Joma" ilə çalışan "sarı-göylər" artıq İtaliyanın məşhur brendi ilə müqavilə imzalayıb. Bu, kifayət qədər yüksək məbləğə başa gəlib.

Sövdələşmə "Kəpəz"i 500 min manata yaxın xərcə salıb.

Beləcə, “Kappa” Azərbaycanda ikinci tərəfdaşını tapıb.

“Kəpəz”dən öncə "Neftçi" ilə sözügedən idman geyim malları şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb. Anlaşmanın müddəti 2 ildir.

Razılaşmaya əsasən, “Kappa” “Neftçi” PFK-nın əsas komandası üçün 3 eksklüziv dizaynlı oyun forması, həmçinin məşq və nümayiş dəstləri hazırlayacaq.

Bundan əlavə, əsas, əvəzedici, qadın və akademiya komandaları “Kappa” istehsalı olan geyim dəstləri ilə təchiz diləcək.

saytlarin hazirlanmasi

Seçilən
16
1
sportal.az

10Mənbələr