AZ

ODESSA DRON HÜCUMUNA MƏRUZ QALIB » AzadMedia.az

ODESSA


Rusiya hərbi qüvvələri Ukraynanın Odessa vilayətinə dronla zərbə endirib.
Erkən saatlarda baş verən hadisə nəticəsində 5 nəfər yaralanıb.
Yaralılardan 2-si uşaqdır. Xilasedicilər onları xəstəxanaya yerləşdiriblər.

Rusiyanın Ukrayna ilə müharibədə mütəmadi olaraq yaşayış məntəqələrini hədəfə aldığı müşahidə olunur.
Rəsmi Kiyev buna görə beynəlxalq ictimaiyyəti bu ölkəyə qarşı daha sərt sanksiyalar qəbul etməyə çağırır.

Mülki infrastrukturun hücumlara məruz qalması fonunda Amerika Birləşmiş Ştatları rəhbərliyinin Ukraynaya bir sıra silah ixracını dayandırması Ukrayna hökumətinin kəskin etirazlarına səbəb olub.

Ukrayna rəsmiləri Vaşinqtonun bu barədə qərarından sonra Rusiyanının daha da cürətləndirəcəyini deyiblər.
Amerika Birləşmiş Ştatları dövlət departamentinin mətbuat katibi Təmi Brus Ukraynaya başqa yolla dəstək olacaqlarını bildirib.

İxracı dayandırılan silahlara “Patriot”, “Hellfire”, “AIM 7 sparrow”, “Stinger” raketləri, AT-4 qumbara atıcıları, “Haubitsa”lar və MLRS daxildir.
Amerikalı rəsmilər ixracın dayandırılmasına səbəb kimi bu silahların ölkənin özü üçün olan ehtiyatlarının azaldığını göstəriblər.

Ekspertlər bunu Ukrayna üçün uğursuzluq adlandırırlar.
Amerika Birləşmiş Ştatları Rusiya ilə müharibə başlayandan indiyə kimi Ukraynaya milyardlarla dollar həcmində silah verib.
Ukrayna artıq 3 ildən çoxdur ki, Rusiya ilə fəal şəkildə müharibə aparır və müharbədə ərazisinin təxminən 20 faizinə nəzarəti itirib.

Seçilən
13
1
azadmedia.az

2Mənbələr