AZ

ABŞ İRANIN QƏRARINI TƏNQİD EDİB » AzadMedia.az

ABŞ

Amerika Birləşmiş Ştatları administrasiyası İranın Beynəlxalq Atom Enerjisi Agentliyini tərk etməklə bağlı qərarını sərt şəkildə tənqid edib.
Dövlət departamentinin mətbuat katibi Təmi Brus bildirib ki, İranın öz yolunu dəyişmək və sülh və rifaha doğru irəliləmək imkanı yarandığı halda belə bir addım atması məqbul deyil.

O, rəsmi Tehranı heç bir ləngimə olmadan agentliklə əməkdaşlıq etməyə çağırıb.
“İran nüvə silahlarının yayılmaması haqqında müqavilənin tələbinə uyğun olaraq təhlükəsizlik razılaşmasının öhdəliklərinə tam şəkildə əməl etməlidir” – deyə Təmi Brus vurğulayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığının dayandırılmasına dair İran prezidenti Məsud Pezeşkian ötən gün sərəncam verib.
İran rəhbərliyi İsrail və Amerika Birləşmiş Ştatlarının İrandakı nüvə təsisatlarına aviazərbələr endirməsindən sonra belə bir addım atıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin İranda fəaliyyəti əsasən nüvə təsisatlarının fəaliyyətini izləməkdən ibarət idi.
Qeyd edək ki, İranla İsrail arasında müharibə nəticəsində İranda 900-dən çox şəxs həlak olub, İsraildə isə 28 nəfər ölüb.

Seçilən
10
1
azadmedia.az

2Mənbələr