AZ

Radamel Falkao klubsuz qaldı

Tanınmış hücumçu Radamel Falkao “Milonarios” klubundan ayrılıb.

Msport.az xəbər verir ki, bu barədə Kolumbiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

39 yaşlı futbolçunun klubla müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Falkao “Milonarios” ilə 12 oyunda 6 qol vurub. O, daha əvvəl “Atletiko”, “Çelsi” kimi klubların formasını geyinib.

Seçilən
13
9
msport.az

8Mənbələr