Beyləqan rayonunda 16 yaşlı oğlan kanalda batıb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində baş verib.
Eyvazalılar kənd sakini, 2009-cu il təvəllüdlü Qasımov Əkbər Nizami oğlu kanalda çimərkən batıb.
Faktla bağlı araşdırma aparılır.