AZ

Test imtahanı mərhələsinə start verildi

Yazını böyüt
Yazını kiçilt

İyulun 3-dən etibarən 2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Hafta.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 65 572 namizədin iştirak edəcəyi test imtahanları 3, 4, 8-10 iyul tarixlərində ölkənin 19 şəhərində olmaqla 44 imtahan mərkəzində təşkil olunur.

Test imtahanı mərhələsinin ilk gününün birinci seansına 3 771 namizəd dəvət olunub. Ümumilikdə birinci seans üzrə 83% davamiyyət qeydə alınıb.

Həmçinin qeyd olunub ki, bu gün keçirilən müəllimlərin işə qəbulu üzrə test imtahanı zamanı 325 namizədin iştirak etdiyi 5 imtahan mərkəzində internet bağlantısının təminatında fasilələr müşahidə olunub. Yarandığı andan etibarən texniki nasazlıq operativ şəkildə aradan qaldırılıb və itirilən vaxtın bərpası təmin edilib.

3 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 4 iyul saat 12:00-dan etibarən start veriləcək.

Seçilən
26
27
hafta.az

10Mənbələr