AZ

“Liverpul”un futbolçusu avtomobil qəzasında həlak olub

İspaniyanın Zamora vilayətində baş verən yol-nəqliyyat hadisəsində “Liverpul” klubunun hücumçuu Diogu Jota həyatını itirib.

90deqiqe.Az-ın “Marca” nəşrinə istinadən məlumatına görə, qəza A-52 avtomagistralının 65-ci kilometrində baş verib. Hadisə nəticəsində 28 yaşlı futbolçu və onun qardaşı həyatlarını itiriblər. Bildirilir ki, qəzanın baş verdiyi avtomobilin təkəri partladıqdan sonra nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yanmağa başlayıb.

Xatırladaq ki, Diogu Jota cəmi bir neçə gün əvvəl — iyunun sonunda evlənmişdi. Toy mərasimi Portuqaliyada baş tutmuşdu.

Jota 2020-ci ildən “Liverpul”un formasını geyinirdi. İngiltərə klubunda keçirdiyi 5 mövsüm ərzində o, 182 oyunda meydana çıxaraq 65 qol vurub, 26 məhsuldar ötürmə ilə yadda qalıb. 2024/25 mövsümünün sonunda Jota “Liverpul”la birlikdə İngiltərə çempionu olub.

Karyerası ərzində o, həmçinin “Vulverhempton”, “Portu”, Madrid “Atletiko”su və “Paşuş de Ferreyra” kimi klublarda çıxış edib. Jota Portuqaliya milli komandası ilə UEFA Millətlər Liqasının ikiqat qalibi olmuşdu.

Seçilən
11
29
90deqiqe.az

10Mənbələr