AZ

Japon Baba Vanga dan qorxulu xəbərdarlıq! Diqqətlər 5 iyul tarixinə yönəldilib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Yaponiya Meteorologiya Agentliyi ölkənin cənubunda, Kagoshima bölgəsinə bağlı Tokara adalarının yaxınlığında 5.5 bal gücündə zəlzələ qeydə alındığını bildirib. Zəlzələnin mərkəzi, paytaxt Tokioya təxminən 1200 kilometr cənub-qərbdə yerləşir.

Bizimyol.info xəbər verir ki, agentlik, zəlzələ sonrası sunami xəbərdarlığı edilmədiyini bildirib. Zəlzələdə hər hansı bir insan və ya maddi itki baş verməsə də, bu hadisə ilə bağlı diqqətlər daha əvvəl zəlzələlər barədə danışan "Yaponiyanın Baba Vangası" kimi tanınan kahin Ryo Tatsukiyə yönəlib.

Əslində manga sənətçisi olan Ryo Tatsuki bu günə qədər etdiyi öncəgörmələr sayəsində dünyadakı bir çox mühüm hadisəni əvvəlcədən bildirib. Yapon mətbuatı doğru proqnozları səbəbindən kahini "Yaponiyanın Baba Vangası" olaraq adlandırır. Tatsuki, əvvəlcə Freddie Mercury və Şahzadə Diananın ölümünü təxmin edib. Tatsuki həmçinin 2011-ci ildəki Kobe zəlzələsini və COVID-19 pandemiyasını da əvvəlcədən bildiyi üçün diqqət mərkəzinə düşüb.

Bu zəlzələ Tatsukinin 5 iyul 2025-ci ildə "böyük bir təbii fəlakət" baş verəcəyinə dair öncəgörməsindən yalnız iki gün əvvələ təsadüf edir. Tatsuki, bu tarixi "kahin yuxularına" əsaslanan bir romanında qeyd edib. Tatsukinin əvvəlki öncəgörmələri nəzərə alındığında, bu yaşanan zəlzələ 5 iyul 2025 tarixinə diqqət çəkib.

5.5 bal gücündəki zəlzələnin Tatsukinin kahiliyinin bir əlaməti olub-olmaması maraq doğurur.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
46
icma.az

10Mənbələr