AZ

Əlcəzairli mühəndis düzəltdiyi təyyarənin qəzaya düşməsi nəticəsində həlak olub

Qahirə, 3 iyul, AZƏRTAC

Əlcəzairli mühəndis Yusif Doğa düzəltdiyi təyyarə ilə növbəti uçuşu edərkən həlak olub.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, 50 yaşlı mühəndis yaşadığı Auləd Mansur kəndində (paytaxt Əlcəzairdən 260 km uzaqda yerləşir) yüngül motorlu aviasiya vasitəsi ilə növbəti dəfə uçarkən yerə çırpılıb, nəticədə pilot həyatını itirib.

“Övladım kiçik yaşlarından elmi kəşflər və ixtiralarla çox maraqlanırdı. Ən böyük xəyalını gerçəkləşdirməyə qərar verəndə evin ətrafını açıq emalatxanaya çevirmişdi”, - deyə mühəndisin atası oğlu ilə bağlı xatirəsini bölüşərkən deyib.

Sosial şəbəkə istifadəçiləri hadisəni hüznlə qarşılayıblar. Əlcəzairlilər öz xəyalını gerçəkləşdirmək üçün israrlı əməyi və cəhdləri yüksək qiymətləndiriblər, mühəndisi məşhur Orta əsr Əndəlus ixtiraçısı Abbas bin Firnasa bənzədiblər. Məlumdur ki, İbn Firnas hazırladığı deltaplanabənzər aparatı özünə bərkitməklə uçmağa səy göstərmiş, amma uğursuz alınmışdı.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
5
2
azertag.az

3Mənbələr